18 May 2021, 12:24 | Ana Səhifə - Yazılar - Zəngəzur dəhlizi olacaq - Ermənistan istəsə də, istəməsə də...
Zəngəzur dəhlizi olacaq - Ermənistan istəsə də, istəməsə də...

Elçin Alıoğlu

Zəngəzur dəhlizi son deyil. Başlanğıcdır.


Sonra Laçın-Gorus-Zəngəzur-Şahbuz dəhlizi də ola bilər.


"Niyə də yox?" sualına cavab verməzdən əvvəl bir qədər geriyə qayıdaq və "Niyə?" sualına cavab verək.


Xatirinizdədirsə, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanandan sonra Türkiyə sülhməramlılarının Qarabağa yeridilməsi gözlənilirdi.


Türk mehmetciklər gəldilər, amma sadəcə, Ağdamdakı Birgə Monitorinq Mərkəzinə.


"Niyə?" sualı onda çox səsləndi.


Cavab sadədir.


Üçtərəfli bəyanatın 9-cu bəndini xatırladım: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir".


Bu bənd, yəni Meğri dəmiryol dəhlizi və avtomobil yolu layihəsi bilavasitə, birbaşa və eksklüziv olaraq rəsmi Bakının təşəbbüsü idi.


Bəyanat imzalanmazdan əvvəl Bakı niyyətini Ankaraya dedi, Ankara təhlil apardı, razılaşdı. Özü də böyük həvəslə.


Məncə, səbəb aydındır.


Həmin günlərdə həmin layihədən Moskvanın xəbəri yoxdu.


İrəvana gəldikdə isə, Ermənistanın mövqeyi nə Azərbaycanı, nə də Türkiyəni əsla maraqlandırmırdı.


Daha sonra Bakı həmin nəqliyyat dəhlizi layihəsini Moskvaya təqdim etdi və bildirdi ki, Zəngəzur (və ya Meğri) dəhlizi faktiki baxımdan Laçın dəhlizinin inikasıdır.


Daha sadə yazsam, şərt səsləndirildi: "Laçın dəhlizi olacaqsa, Zəngəzurda da dəhliz olmalıdır".


Rəsmi Moskva üçün həmin dönəmdə ən önəmli məsələ sülhməramlı kontingentini Qarabağa yeritmək və "Qarabağ münaqişəsinin nizamlanmasında həlledici aktor-vasitəçi" statusunu qazanmaq olduğundan sonradan üçtərəfli bəyanatın 9-cu bəndinə çevriləcək layihəyə ciddi fikir vermədi.


Moskva düşündü, Bakı və Ankara ilə ciddi, müfəssəl müzakirələr başlandı.


Bir qədər də keçdi, Rusiya anladı ki, Zəngəzur dəhlizi əslində onun bir sıra geosiyasi, geostrateji və iqtisadi maraqlarına tam cavab verir.


Ankara ilə Moskva anlaşdılar.


Günlər keçdi, Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransında "Ərdoğan sözünün sahibi olan insandır. Dedisə, edir!" söylədi.


Rusiya Qarabağda sülhməramlı missiya ilə bağlı "tək aktyor" statusu əldə etdi, əvəzində Azərbaycanla Türkiyə Zəngəzur dəhlizi layihəsini Moskva ilə razılaşdırdılar.


Ermənistanın mövqeyi kimsəni maraqlandırmadığından İrəvanla müzakirələr aparılmadı.


"Zəngəzürda dəhliz olacaqmı?" sualını son günlər çox eşidirəm. Həddən çox.


Ermənistanın hakimiyyət mənsublarının, siyasətçilərinin, müxalifət liderlərinin, ekspertlərinin, ələlxüsus də ermənilərin Telegram kanallarının "açıqlama"ları müzakirə olunur.


Boş verin.


Zəngəzur dəhlizi olacaq.


Ermənistan istəsə də, istəməsə də.


Çünki Azərbaycan, Türkiyə və Rusiya bunu istəyir.


Rusiya yaxşı anlayır ki, dəhliz layihəsi ilə bağlı vədlərinə əməl etməzsə, türk mehmetciklər mütləq şəkildə Xankəndi küçələrində olacaqlar.


Bakının dəvəti ilə, sülhyaratma missiyası ilə.


Amma Putinlə Ərdoğan situasiyanı gərginləşdirən deyillər: Zəngəzur dəhlizini dəstəkləmək Rusiya üçün Qarabağda vəziyyəti ifrat gərginləşdirməkdən daha sərfəlidir təbii.


Ermənilərin dediklərinə və yazdıqlarına, "arya, qoymarıq" filan açıqlamalarına fikir verməyin.


Məsələni ermənilər yox, Bakı, Ankara və Moskva həll edirlər.


İrəvan ümumiyyətlə nəzərə alınmır.


Alınan da deyil.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanıldı 3 Avqust 2021, 10:25 Koronavirus xəstəsi çayxanada yaxalandı 3 Avqust 2021, 10:23 İran prezidentinin inauqurasiyasına kimlər qatılacaq? - SİYAHI 3 Avqust 2021, 10:22 Təhsil kreditləri ilə bağlı təklif:  “Belə yanaşma doğru deyil” 3 Avqust 2021, 10:19 Gəncə Dövlət Universitetinin məzunu yüksək bal topladı 3 Avqust 2021, 10:15 Xaricdə doktorantura təhsili almaq istəyənlərin NƏZƏRİNƏ 3 Avqust 2021, 10:10 Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi 3 Avqust 2021, 10:04 Yeni qatarlar bu gün xəttə BURAXILDI 3 Avqust 2021, 09:58 Köçəri quşlar Azərbaycandan niyə yan uçur? 3 Avqust 2021, 09:52 BMT-dən qlobal fəlakət barədə XƏBƏRDARLIQ 3 Avqust 2021, 09:46 Bu gün narazı müəllim namizədlər imtahan verəcək 3 Avqust 2021, 09:40 Yaşa görə pensiyaya çıxanların sayı AÇIQLANDI 3 Avqust 2021, 09:34 Həyət toylarında reyd - 2736 nəfər şənliyə buraxılmadı 3 Avqust 2021, 09:30 Eldar Həsənov hospitala aparıldı – VİDEO   3 Avqust 2021, 09:26 Cahit Bağçı Azərbaycana təşəkkür etdi 3 Avqust 2021, 09:22 Məşhur gecə klubunda karantin qaydaları pozuldu   3 Avqust 2021, 09:18 Neftin ucuzlaşması davam edir 3 Avqust 2021, 09:12 Ramil Quliyev yarımfinalda 3 Avqust 2021, 09:06 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 3 Avqust 2021, 09:00 Komitələrin payız hazırlığı: Azad olunmuş ərazilərlə bağlı yeni layihələr olacaq 3 Avqust 2021, 08:52 Mobil telefon sonsuzluq yaradır? 3 Avqust 2021, 08:44 İslam Abbasov da medalsız qaldı - YENİLƏNİB 3 Avqust 2021, 08:43 Sahibə Qafarova İrana gedir 3 Avqust 2021, 08:30 Rəisinin andiçməsinə 10 prezident qatılacaq 3 Avqust 2021, 08:20 Olimpiadada daha 18 nəfər virusa yoluxdu   3 Avqust 2021, 08:13 İran silkələndi 3 Avqust 2021, 08:07 Şəhriyar yenidən Aronyana qarşı 3 Avqust 2021, 08:01 Manolova Tokiodan medalsız qayıdır 3 Avqust 2021, 07:49 İmtahanda ən yüksək balı o topladı  3 Avqust 2021, 07:05 Leyla Əliyeva qardaşını təbrik etdi: “Nə yaxşı ki, varsan!”   3 Avqust 2021, 00:34 Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazandı 3 Avqust 2021, 00:23 Deputatlar Eldəniz Səlimova görə toplanır - Son qərar veriləcək 3 Avqust 2021, 00:11 Ronaldo “Real”a qayıtmaq istəyir 3 Avqust 2021, 00:01 Bill Qeyts boşandı   2 Avqust 2021, 23:50 “YAŞAT” 8163 nəfəri öhdəliyə götürüb 2 Avqust 2021, 23:39