Modern.az

İşləyən pensiyaçılar işdən çıxarılacaq?

İşləyən pensiyaçılar işdən çıxarılacaq?

21 Oktyabr 2009, 18:33

Azərbaycanda pensiya yaşının qaldırılmasına hazırlaşırlar. Bu məsələ hazırda geniş disskussiyaya səbəb olub. Milli Məclisin sosial siyasət komitəsinin oktyabrın 16-da keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə edilib. Dəyişiklikliyə görə, kişilərin pensiyaya çıxmaq üçün yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir.

Dövlət Statistika Kimitəsinin məlumatına görə, indi Azərbaycanda əhalinin ömür uzunluğu 72,7 yaş təşkil edir. Gözlənilən ömür uzunluğu kişilər üçün 70 yaş, qadınlar üçün isə 75,4 yaşdır.

Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, son 4 ildə yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 18,1, kişilər üçün isə 12,7 il olub. Ümumilikdə Azərbaycanda pensiyada olma müddəti orta hesabla 16 ildir. Pensiya yaşının artırılması istiqamətində atılan addaımlar ölkədə birmənalı qarşılanmayıb. Bəziləri bunu Azərbaycanda orta yaş həddinin yüksəlməsilə izah edir. Digərləri pensiya yaşının qaldırılmasını səhv addım sayaraq bildirilər ki, adamlar getdicə daha tez ölməyə başlayıblar. ”Mən o fikirləri təkzib edirəm ki, bizdə qocalıqda ölüm halları tez olur. Azərbaycanda orta yaş həddi getdikcə yüksəlir. Yaşa görə pensiya alanların 30 faizi kişilərdi, 70 faizi qadınlar. Orta yaş 70,5-dir. Kişilər arasında pensiya alanların ölüm yaşı 74-75-dir. Kişilər pensiyaları 10-12 il, bəzən 14-15 il alırlar. Qadınların isə orta ölüm yaşı 75-dir. Deməli, onlar 18 il pensiya alırlar”. Bu fikirləri Modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. Onun sözlərinə görə, dünyada kişilər 65 yaşda pensiyaya çıxırlar, Azərbaycanda da belə olmalıdır: “Əvvəllər pensiya məsələsi həmrəylik prinsipi idi. İndi isə belə deyil. Sığorta sistemində dəyişiklik buna zərurət yaradır”.

H.Rəcəbli deyib ki, Azərbaycanda bəzən insanlar pensiya yaşının aşağı olmasından şıkayətlənirlər. O, bunu pensiyaçıların 70 faizinin ışləməsiləı izah edib. 

Komitə sədri deyib, Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişiklikləri  təsdiqləyəndən sonra işləyən pensiyaçılar işdən kənarlaşdırılmayacaqlar. Amma pensiyaya gec çıxmaq sığorta fonduna qənaətə imkan verəcək. "Modern.az"

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir