Modern.az

Bakıda Caz Festivalı başlayıb

Bakıda Caz Festivalı başlayıb

21 Oktyabr 2009, 22:00

Oktyabrın 21-də Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Bakı Beynəlxalq Caz festivalının təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər Azərbaycanda caz musiqisinin təbliği, inkişafı baxımından çox işlər görüldüyünü bildirib. Nazir deyib ki, festival çərçivəsində paytaxt sakinləri və qonaqlar Azərbaycan, ABŞ, Avstriya, İsrail, Portuqaliya, Hindistanın və digər ölkələrin tanınmış caz qruplarının geniş konsert proqramlarını dinləyəcəklər.
Bakı Caz Mərkəzində, Aktyor evində, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında, Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək bir-birindən maraqlı konsertlərdə, məşhur “Savab”, “Richard BONA”, “Branford MARSALIS”, “Jazzinho”, “Hard Jazz Knights” və digər caz qruplarının ifaları musiqisevərlər üçün əsl hədiyyə olacaq. 
Açılış gecəsində Ü.Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən parçalar səsləndirilib.
Bakı Beynəlxalq Caz festivalına okytabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində ABŞ-ın “Branford MARSALIS” qrupunun ifası ilə yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər