ABŞ Prezidenti Donald Tramp İrlandiyanın paytaxtı Dublinə gedib.
Modern.az xəbər verir ki, “The Guardian”ın məlumatına görə, Tramp İrlandiyada iki günlük səfərdə olacaq.
Səfər çərçivəsində ABŞ Prezidenti İrlandiya Prezidenti Ketrin Konolli və Baş nazir Mixol Martinlə görüşəcək. Trampın səfəri İrlandiya Açıq Qolf Çempionatı ilə eyni vaxta təsadüf edir. Böyük turnir İrlandiyanın sahilində yerləşən “Doonbeg” meydançasında keçirilir. "Doonbeg" kurortunda Tramp da qolf oynayacaq.
Səfər çərçivəsində Trampın Ketrin Konolli ilə görüşü xüsusi diqqət çəkir. İrlandiya Prezidenti sol siyasi mövqeləri ilə tanınır və əvvəllər ABŞ liderinin siyasətini kəskin tənqid edib. Bununla yanaşı, səfərin nəticələrinin Vaşinqtonla Dublin arasında gələcək münasibətlərin, xüsusilə iqtisadi əlaqələrin xarakterinə təsir göstərə biləcəyi bildirilir.