İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru Ramin Kaşif Azər Türkiyə və İraqa uçuşlar barədə danışıb.
Modern.az xəbər verir ki, o, İRNA-ya müsahibəsində hava limanından müxtəlif istiqamətlərə uçuşlarla bağlı hər hansı məhdudiyyətin tətbiq edilməsi barədə məlumatları təkzib edib.
O bildirib ki, hava limanından bütün beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirilir və onlar müəyyən edilmiş cədvələ uyğun icra olunur.
Kaşif Azər əlavə edib ki, bu günədək İmam Xomeyni Hava Limanından qonşu ölkələrin hava limanlarına, eləcə də xarici uçuşların həyata keçirildiyi 40-dan çox istiqamətə sərnişin daşınması ilə bağlı heç bir məhdudiyyət yoxdur.