Səudiyyə Ərəbistanı kritik neft kəmərinin fəaliyyətini dayandırıb.
Modern.az xəbər verir ki, Səudiyyə Ərəbistanı İraqdan həyata keçirilən bir sıra dron hücumlarından sonra ölkənin mühüm neft infrastruktur obyektlərindən birinin fəaliyyətini dayandırıb. Məlumata görə, Şərq-Qərb neft kəmərinin fəaliyyəti Ər-Riyad və Mədinə bölgələrindəki obyektlərə dron hücumlarından sonra müvəqqəti olaraq dayandırılıb.
Gündəlik 7 milyon barelə qədər neft nəql etmək imkanına malik olan bu kəmər Səudiyyə Ərəbistanının neft ixracında mühüm alternativ marşrut hesab olunur. Kəmər neftin Hörmüz boğazından yan keçərək Qırmızı dəniz istiqamətinə çatdırılmasına imkan verir.
Kəmərin bağlanması Yaxın Şərqdə neft tədarükü ilə bağlı riskləri daha da artırıb. Xüsusilə Hörmüz boğazında mövcud məhdudiyyətlər və husilərin davam edən hücumları fonunda alternativ neft marşrutunun da fəaliyyətini dayandırması qlobal neft təchizatına dair narahatlıqları gücləndirib.