Modern.az

Ukrayna ordusu Rusiyadan bir çox əraziləri geri aldı

Ukrayna ordusu Rusiyadan bir çox əraziləri geri aldı

Dünya

Bu gün, 16:22

Ukrayna ordusu yay aylarında Liman şəhərinin şimalında Rusiyanın nəzarətində olan təxminən 200 kvadratkilometr ərazini geri qaytarıb.

Modern.az xəbər verir ki, “Bild” nəşri hərbi analitiklərin qiymətləndirmələrinə istinadən yazır ki, Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun bölmələri tədricən Rusiya qüvvələrini Jerebets çayına doğru geri çəkilməyə məcbur edib.

Bununla da Rusiya ordusunun təxminən bir il ərzində formalaşdırdığı cəbhə çıxıntısı aradan qaldırılıb. Bu vəziyyət Liman istiqamətində təhlükəni azaldıb və Rusiya qüvvələrinin Slovyansk və Donbasın şimal hissəsinə doğru irəliləməsini çətinləşdirib.

Rusiyayönlü teleqram kanallarının Liman istiqamətindəki vəziyyətlə bağlı paylaşımında isə bölgədə döyüşlərin intensivləşdiyi bildirilib.

Paylaşımda qeyd olunur ki, Ukrayna qüvvələri Jerebets çayını keçərək ehtiyat qüvvələri döyüşə cəlb edib. Zareçnoye, İvanovka və Kolodezi ərazilərində döyüşlərin getdiyi, Redkodub–Novoye xəttində isə qarşılıqlı toqquşmaların davam etdiyi iddia edilir.

Həmçinin Ukrayna qüvvələrinin Limana yeni hücum qrupları yerləşdirdiyi və şəhərin həm şimal, həm də cənub hissəsində qarşılıqlı döyüşlərin davam etdiyi bildirilir.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi