Modern.az

Ətraf mühiti çirkləndirənlərə qarşı 2502 akt və protokol tərtib edilib

Ətraf mühiti çirkləndirənlərə qarşı 2502 akt və protokol tərtib edilib

22 Oktyabr 2009, 10:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin ötən 9 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2502 akt və protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 760 icrası məcburi olan göstərişlər verilib.
Modern.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 650 iş üzrə 1188329,6 manat məbləğində cərimə tətbiq edilib, ondan 198494,69 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 554 iş üzrə 1227545,55 manat məbləğində iddia qaldırılıb, ondan 51705,35 manat məbləğin ödənilməsi təmin olunub. İdarə və müəssisələrə 3006 iş üzrə 704808,48 manat məbləğində ödəmə tətbiq edilib, ondan 393026,4 manat məbləğin ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 82 işdən 36-na, məhkəmələrə göndərilmiş 130 işdən 46-na, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 424 işdən 68-nə baxılaraq müvafiq tədbirlər görülüb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir