Modern.az

Xamneyidən Türkiyədəki çevriliş cəhdinə görə ABŞ-a İTTİHAM

Xamneyidən Türkiyədəki çevriliş cəhdinə görə ABŞ-a İTTİHAM

Dünya

1 Avqust 2016, 16:57

İranın paytaxtı Tehranda təşkil keçirilən bir iclasda danışan Ayətullah Xamneyi   “Türkiyədəki çevrilişə cəhdin ABŞ tərəfindən hazırlandığına dair güclü şübhələr var. Bu isbat edilərsə, ABŞ-ın adına böyük bir biabırçılıq olacaq” deyib. 

 

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki  Vaşinqton rəhbərliyinin başqa ölkələrin daxili işlərinə qarışmasının sadəcə İranla sərhədli  olmadığını ifadə edən İran lideri, bunun üçün Türkiyəni misal göstərib.

Xamneyi, “ABŞ , Islam və İslami hərəkatlara qarşıdır. Ona görə də İslami hərəkatların olduğu Türkiyədə çevrilişə cəhd etdilər”-deyə bildirib.  

 

ABŞ Türkiyə xalqı tərəfindən nifrətlə qarşılandığını vurğulayan Xamneyi, Vaşinqton rəhbərliyinin İraq, Suriya və başqa ölkələrdə zəifləməkdə olduğunu vurğulayıb.

 

Qafar Ağayev

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...