Misirdə binanın uçması 7 nəfərin ölümünə səbəb olub
Dünya
3 Avqust 2016, 00:33
Misirin Soxaq əyalətində üçmərtəbəli yaşayış binası uçub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, uçqun nəticəsində 7 nəfər həyatını itirib. Uçqun altında qalanların xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.