Modern.az

Ukrayna Rusiyanın bu ölkədə yeni səfirinə ehtiyac görmür  

Ukrayna Rusiyanın bu ölkədə yeni səfirinə ehtiyac görmür   

Dünya

3 Avqust 2016, 23:47

Ukraynada Rusiyanın yeni səfirinin təyin edilməsi məsələsi gündəlikdən çıxarılıb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini Yelena Zerkal bildirib.

 

Telekanallarrdan birinə müsahibəsində o bildirib ki, bu Ukrayna tərəfinin təşəbbüsü ilə baş verib.

 

İyulun 28-də prezident Putin Ukraynada Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Mixail Zurabovu tutduğu vəzifədən azad etmişdi. O, Kiyevdə 2009-cu ilin avqust ayının 5-dən çalışırdı. RF-in Ukraynadakı müvəqqəti işlər vəkili səlahiyyətlərini Sergey Toropov icra edir.

 

İyulun 29-da Rusiya Dövlət Dumasının Beynəlxalq işlər üzrə Komitəsində Mixail Babiçin Rusiyanın Ukraynadakı yeni səfiri təyin olunması təşəbbüsü dəstəklənib. Ukrayna Radasında isə RF-in yeni səfirinə aqreman verilməsinə qadağa qoyulması fikirləri səslənib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı