Modern.az

Qondarma respublika rəhbərinə sui-qəsd edildi

Qondarma respublika rəhbərinə sui-qəsd edildi

Dünya

6 Avqust 2016, 12:25

“Luqansk Xalq Respublikası”nın rəhbəri İqor Plotnitskiyə qarşı sui-qəsd edilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 6-da yerli vaxtla səhər saat 8-də  qeydə alınıb.

Məlumatda onun avtomobilinin hərəkətdə olduğu yolda bomba partladıldığı bildirilir. O, Luqanskda xəstəxanaya yerləşdirilib. Qondarma respublika rəhbərinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı