Modern.az

Fillipin prezidenti Avropa Birliyinə: “Cəhənnəm olun”

Fillipin prezidenti Avropa Birliyinə: “Cəhənnəm olun”

Dünya

21 Sentyabr 2016, 13:47

Fillipin prezidenti Rodriqo Duterte bu dəfə Avropa Birliyini sərt dillə tənqid edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqının Fillipində narkotiklə mübarizə adı altında insanların hüquqlarının pozulduğunu göstərən qətnaməyə görə Dutertenin qəzəbinə tuş gəlib.

 

“Avropa Birliyinin tənqideidici qətnaməsini oxudum. Onlara deyirəm: cəhənnəm olun. Təkrar edirəm cəhənnəm olun”.

 

Bu sözlərdən sonra o, vətəndaşların alqış sədaları altında orta barmağını göstərib.

 

 

Vüqar İSMAYILOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...