Modern.az

Rəsmi Vaşinqton İranın Suriya ilə bağlı görüşdə iştirakında maraqlıdır

Rəsmi Vaşinqton İranın Suriya ilə bağlı görüşdə iştirakında maraqlıdır

Dünya

14 Oktyabr 2016, 22:47

Rəsmi Vaşinqton İran nümayəndə heyətinin sabah Lozannada keçiriləcək Suriya ilə bağlı görüşdə iştirakında maraqlıdır. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.

 

“Biz İranın iştirakında maraqlıyıq, lakin əmin deyiləm ki, İran tərəfi görüşdə iştirakını təsdiqləyib”,- deyə M.Toner bildirib.

 

Qeyd edək ki, oktyabrın 15-də, Lozanna şəhərində keçiriləcək Suriya üzrə toplantıda ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra region ölkələri, həmçinin BMT baş katibinin xüsusi elçisi iştirak edəcək.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...