Modern.az

Braziliyada dini mərasim keçirilən mağara uçub: 10 ölü

Braziliyada dini mərasim keçirilən mağara uçub: 10 ölü

Dünya

2 Noyabr 2016, 00:41

Braziliyada ənənəvi dini mərasimin keçirildiyi mağaranın uçması nəticəsində azı 10 nəfər həlak olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə baş verən zaman mağarada 50 nəfər olub. Xilasedicilər ölənlərin sayının arta biləcəyini qeyd ediblər.

 

Kaza-da-Pedra mağarası “Bütün müqəddəslərin günü”nü qeyd edən xristianların ənənəvi ibadət yeridir. Dini mərasim əsasən mağaranın girişində keçirilsə də, insanların çoxu dua etmək və şam yandırmaq üçün içəri daxil olurlar.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı