Modern.az

“Mosulun azad edilməsi gözlənildiyindən sürətli həyata keçirilir”

“Mosulun azad edilməsi gözlənildiyindən sürətli həyata keçirilir”

Dünya

2 Noyabr 2016, 00:56

“Mosulun azad edilməsi kampaniyası planlaşdırıldığından da sürətli həyata keçirilir. İraq ordusu ölkənin şimalındakı Mosul şəhərinin azad edilməsi əməliyyatını uğurla həyata keçirir”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, Dövlət Departamenti İraqdakı əməliyyat zamanı mülki sakinlər arasında hər hansı itki barədə məlumat almayıb: “Deyə bilərəm ki, ordu müvəffəqiyyətlə irəliləyir. İraqın  Silahlı Qüvvələri və onların müttəfiqləri şəhərdə və ondan xaricdə İŞİD terror qruplaşmasına hücumlar edir. Onların kampaniyası nəzərdə tutulmuş qrafikdən daha sürətlə həyata keçirilir”.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı