BMT son 10 ildə öldürülən jurnalistlərin sayını açıqlayıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu haqda BMT-nin baş katibi Pan Ge Munun yaydığı müraciətdə bildirilib.
Müraciətdə göstərilib ki, dünyada son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib:
“Hər 5 gündə bir jurnalist ictimaiyyəti hadisələrdən xərəbdar edərkən, öldürülüb. Bu cinayətlərdən yalnız 7 faizinin üstü açılıb”.
Pan Gen Mun söyləyib ki, istənilən halda senzura yolverilməzdir:
“Həyatları üçün təhlükədən ehtiyatlanaraq, onların özünü senzura ilə məşğul etmələrinə imkan vermək olmaz”.
Sonda qeyd olunub ki, noyabrın 2-si jurnalsitlərə qarşı cinayətlərə görə cəzasızlıqla beynəlxalq mübarizə günüdür.
Ağa AKİFOĞLU