Modern.az

Tramp Putinlə münasibətlərindən DANIŞDI: “Bütün baş verənlərdən sonra....”

Tramp Putinlə münasibətlərindən DANIŞDI: “Bütün baş verənlərdən sonra....”

Dünya

23 Noyabr 2016, 10:16

Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə münasibətləri haqda danışıb.

 

Modern.az xəbər verir ki, “New York Times”ın məlumatına görə, ölkənin 6 aparıcı telekanalının jurnalistləri ilə qapalı görüş keçirən prezident Rusiya ilə münasibətləri bərpa etməyə çalışacağını deyib.

 

“Tramp Putinlə dil tapmalarının əla ola biləcəyini, amma bütün baş verənlərdən sonra bunu münasibətlərin yenidən başlanması kimi qəbul etməli olunmadığını deyib”.

 

Xarici siyasət barədə ümumi ifadələr işlədən Tramp Suriyada baş verən faciənin dərhal dayandırılmalı olduğunu da deyib.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı