Modern.az

Bu ərazi İngiltərədən ayrılır

Bu ərazi İngiltərədən ayrılır

Dünya

Bu gün, 12:16

İngiltərənin şərqində, Suffolk qraflığında yerləşən Barnham kəndinin sakinləri yaxınlıqda miqrantların saxlanılması mərkəzinin yaradılması planlarına etiraz olaraq Böyük Britaniyanın tərkibindən çıxmaq lehinə səs veriblər.

Modern.az xəbər verir ki, iştirakçılardan təxminən 257 nəfər müstəqilliyi dəstəkləyib, 16 nəfər isə bunun əleyhinə səs verib.

Qeyd olunur ki, səsvermə simvolik xarakter daşıyıb və heç bir hüquqi qüvvəyə malik deyil. Səsvermə yerli kilsə şurası tərəfindən təşkil edilib.

Bu addım Kral Hərbi Hava Qüvvələrinin keçmiş Barnham aviabazasının miqrantların yerləşdirilməsi üçün yenidən təchiz edilməsi planları fonunda atılıb. Söhbət La-Manş boğazı vasitəsilə şişmə qayıqlarla qanunsuz yollarla ölkəyə daxil olan miqrantlardan gedir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə