Modern.az

Fransada bir günə 144 etirazçı saxlanıldı

Fransada bir günə 144 etirazçı saxlanıldı

Dünya

Bu gün, 11:55

Fransada yaşayış xərclərinin artmasına qarşı etiraz aksiyaları davam edir.

Modern.az xarici KİV-ə istinadla bildirir ki, ilkin məlumatlara görə, dünən axşam saatlarına olan vəziyyətə əsasən, polis 144 etirazçını saxlayıb.

Ötən şənbə günü ölkə üzrə keçirilən etiraz aksiyalarına təxminən 83 min nəfər qatılıb. Onlardan 21,5 mini Parisdə iştirak edib. Nümayişçilər yaşayış xərclərinin artmasına etiraz ediblər.

Məlumatlara görə, Parisdə etiraz aksiyası başa çatdıqdan sonra polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Noyabrın 17-də Parisdə həmkarlar ittifaqlarının təşkil etdiyi kütləvi nümayişin iştirakçıları iqtisadi çətinliklər fonunda Fransanın hərbi xərclərinin artırılmasına qarşı çıxıblar. Bastiliya meydanı istiqamətindəki Millət meydanından başlayan yürüşdə minlərlə insan iştirak edib. Etirazçılar, həmçinin maaşların artırılmasını və dövlət sektorunda ixtisarların dayandırılmasını tələb ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə