Modern.az

Almaniyada sərnişin avtobusu yaşayış evinə çırpılıb

Almaniyada sərnişin avtobusu yaşayış evinə çırpılıb

Dünya

24 Dekabr 2016, 21:03

Almaniyada yüksək sürətlə hərəkət edən sərnişin avtobusu yaşayış evinə çırpılıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin qərbində, Qessen federal dairəsinin Lindenfels şəhərciyində baş verib. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Bunlardan biri avtobusun sürücüsüdür. Ağır xəsarət almış sürücü xilasetmə helikopteri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı xəsarət almış həmçinin 2 sərnişin də xəstəxanaya aparılıb.

Nəqliyyat vasitəsinin çırpıldığı evdə 88 yaşlı təqaüdçşü yaşayır. O, qəza zamanı hər hansı xəsarət almayıb.

Hadisənin başvermə səbəbləri hələlik müəyyənləşdirilməyib. Avtobusun hər hansı texniki nasazlığının olmadığı bildirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı