Modern.az

Rusiyanın hərbi rəhbərliyi NATO-nu hədələdi

Rusiyanın hərbi rəhbərliyi NATO-nu hədələdi

Dünya

24 Aprel 2019, 13:45

Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nu hədələyib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, hərbi alyansın aktivləşməsinə cavab olaraq ölkəsinin Qərbi və Cənub Hərbi Dairələrində hərbi qüvvələrin sayını artıracağını elan edib.

 

“Alyanasın hərbi sərhədlərimizdə qoşunlarını artırmasına cavab olaraq öz hərbi potensialmızı artırmağa məcburuq”.

 

Müdafiə naziri Sergey Şoyqu isə hazırda istehsala başlayacaq “Kinjal” raketlərinin köməyilə istənilən ölkənin hava hücumundan müdafiə sistemini yara biləcəklərini söyləyib.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycan-Türkiyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK? - Modern.az