Modern.az

Ermənistan Konstitusiyasını dəyişir – yenidən prezident respublikası olacaq

Ermənistan Konstitusiyasını dəyişir – yenidən prezident respublikası olacaq

Dünya

16 Yanvar 2020, 16:30

Ermənistan Konstitusiyasını dəyişməyə hazırlaşır.

Modern.az Ermənistanın “Jamank” (Vaxt) qəzetinə istinadla xəbər verir ki, artıq baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə Konstitusiya mətnini dəyişəcək komissiya da formalaşacaq.

 

Dəyişiklik ölkəni 2015-ci ilə qədər olduğu kimi, prezident respublikasına çevirəcək. Paralel olaraq, ölkənin könüllü olaraq istefa verməkdən imtina edən Konstitusiya Məhkəməsinin hakimlərini dəyişmək də Paşinyan hökumətinin planlarından biridir.  

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?