Modern.az

Əfqanıstanda terror aktı - ölənlər var

Əfqanıstanda terror aktı - ölənlər var

Dünya

5 Noyabr 2020, 00:20

Əfqanıstanın cənub-şərqindəki Zabul əyalətində terror aktı törədilib.

 

Modern.az-ın "Anadolu” agentliyinə istinadla məlumatına görə, hadisə zamanı 2 dinc sakin həlak olub, daha 1 nəfər yaralanıb.

 

Zabul əyalətinin qubernator administrasiyasının mətbuat katibi Gül İslam Siyal jurnalistlərə bildirib ki, terrorçular Şinkey rayonunun Qund kəndində yolun kənarına partlayıcı qurğu yerləşdiriblər.

Bomba mülki şəxslərin olduğu avtomobil yoldan keçərkən partlayıb.

 

Terror aktına görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!