Modern.az

SEPAH ABŞ-nin hərbi bazalarını hədəf aldı

SEPAH ABŞ-nin hərbi bazalarını hədəf aldı

Dünya

Bu gün, 00:37

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreynin Ər-Rifa və Əvali şəhərlərindəki bazalarının raket və dronlarla hədəf alındığını açıqlayıb.

Modern.az xəbər verir ki, SEPAH-ın müvafiq bəyanatını "Tasnim" agentliyi yayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ dronlarının İranın hava məkanını pozmasından sonra bu ölkənin sözügedən bazalardakı "Patriot" hava hücumundan müdafiə sistemlərinə məxsus iki radar SEPAH-ın Aerokosmik Qüvvələrinin hücumuna məruz qalıb.

"İslam İnqilabı Keşikçiləri Korpusu xəbərdarlıq edir ki, İran İslam Respublikasının hava məkanı ölkənin silahlı qüvvələrinin qırmızı xəttidir və İranın hava məkanının hər hansı təcavüzkar ölkə və qüvvə tərəfindən pozulmasına İslam döyüşçüləri sərt və qəti cavab verəcəklər", - SEPAH-ın bəyanatında bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə