Modern.az

Suriyada müxalifətin tərəfinə keçən səfirlərin sayı 3-ə çatdı

Suriyada müxalifətin tərəfinə keçən səfirlərin sayı 3-ə çatdı

Dünya

25 İyul 2012, 17:25

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Suriyanın BƏƏ-dəki səfiri Əbdül Lətif əd Dəbbəx Suriya müxalifətçiləri ilə birləşərək Qatara qaçıb. Bu faktı Suriya Milli Şurasının nümayəndəsi təsdiqləyib. Əbdül Lətif əl-Dəbbəxin 2011-ci ilin mart ayından müxalifət tərəfinə keçən üçüncü diplomat olduğu bildirilib.

Qeyd edək ki, səfirin həyat yoldaşı Lamiyə əl-Xəriri də çərşənbə axşamı müxalifətçilərlə birləşərək, Qatar dövlətinə qaçıb.

Aygün Asifqızı

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı