Modern.az

Pele əməliyyat olundu

Pele əməliyyat olundu

Dünya

6 Sentyabr 2021, 23:30

Braziliya millisinin keçmiş futbolçusu Pele əməliyyat olunub.

 

Modern.az xəbər verir ki, o, özünün "Instagram" səhifəsində yoğun bağırsağında aşkar olunan şişin çıxarılması əməliyyatından danışıb.

 

Keçmiş futbolçu bildirib ki, əməliyyat 4 sentyabr tarixində baş tutub. O, həkimlərə təşəkkür edib və hazırda özünü yaxşı hiss etdiyini qeyd edib.

 

Pele əlavə edib ki, şiş müntəzəm müayinə zamanı aşkar edilib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!