Modern.az

Polşada quş qripi yayılır

Polşada quş qripi yayılır

Dünya

8 Noyabr 2021, 20:14

Polşada ümumi sayı 650 000-ə yaxın quş olan quşçuluq təsərrüfatlarında yüksək patogenik H5N1 quş qripi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı məlumat yayıb.

 

Təşkilat bildirir ki, dördü hinduşka fermalarında, biri isə toyuq broyler fermasında olmaqla beş yayılma mərkəzi ölkənin şərq hissəsində, digəri isə ölkənin qərb hissəsində hinduşka və qaz fermasında aşkar edilib.

 

Ən çox köç edən vəhşi quşlar tərəfindən bir ölkədən digərinə ötürülən quş qripi Avropada sürətlə yayılır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?