Modern.az

Rus hərbçiləri ukraynalı jurnalisti güllələyib

Rus hərbçiləri ukraynalı jurnalisti güllələyib

Dünya

27 Fevral 2022, 10:40

Xerson şəhərinin Zelenovka kəndi yaxınlığında Rusiya hərbçiləri ukraynalı jurnalisti güllələyib. 

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova bildirib. Həmin jurnalistin kimliyi hələlik açıqlanmayıb.

 

Onun sözlərinə görə, Xerson vilayətində magistral yolda yaralıları daşıyan təcili yardım maşını atəşə tutulub. Hadisə nəticəsində 64 yaşlı sürücü və yaralı əsgər yanıb.

 

Ukraynanın baş prokuroru qeyd edib ki, dinc əhaliyə qarşı ağır cinayət törədən şəxslər məsuliyyətdən yayına bilməyəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə