Modern.az

Rusiya “Facebook”u BLOKLADI

Rusiya “Facebook”u BLOKLADI

Dünya

4 Mart 2022, 22:32

Rusiya Federasiyasında "Facebook" sosial şəbəkəsinin fəaliyyəti dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) məlumat yayıb.

 

Qeyd olunub ki, Roskomnadzor "Facebook"a girişə qadağa qoymaq qərarına gəlib.

 

Xidmət bildirir ki, 2020-ci ilin oktyabr ayından Rusiyada sosial şəbəkə tərəfindən informasiya resurslarına qarşı 26 ayrı-seçkilik faktı qeydə alınıb.

 

Bundan əvvəl platformada “RİA Novosti” agentliyinin səhifəsinə məhdudiyyətlər qoyulmuşdu. Həmçinin, Rusiyanın 4 böyük media orqanının – “Zvezda”, “RİA Novosti”, “Lenta.ru” və “Qazeta.ru”nun materialları senzuraya məruz qalmışdı.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə