Modern.az

ABŞ və Cənubi Koreya hərbi təlimlərə başlayır

ABŞ və Cənubi Koreya hərbi təlimlərə başlayır

Dünya

3 May 2022, 18:55

ABŞ və Cənubi Koreyanın hərbi hava qüvvələri mayın 9-da müntəzəm birgə təlimlərə başlamaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Təlimlət iki həftə davam edəcək. Agentliyin mənbələrindən biri deyib ki, təlimlər “əvvəlki miqyasda” təşkil olunacaq.

 

Təlimlərdə iştirak edən hərbçilərin sayı və digər təfərrüatlar barədə məlumat verilmir.

 

Qeyd edək ki, mayın 10-da Cənubi Koreyanın yeni seçilmiş prezidenti Yun Seok Yeolun andiçmə mərasimi keçiriləcək. O, Vaşinqtonla əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi