Modern.az

Zəlzələdən qorxan 4 nəfər özünü binadan atdı

Zəlzələdən qorxan 4 nəfər özünü binadan atdı

Dünya

25 İyun 2022, 15:15

Bu gün yerli vaxtla saat 08:07-də İranın Hörmüzqan vilayətində 5,6 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, İranın Hörmüzqan vilayətinin Kiş xəstəxanasının rəhbəri Mustafa Nadəlinejad zəlzələ nəticəsində 1 nəfərin öldüyünü, 31 nəfərin yaralandığını açıqlayıb.

 

M.Nadəlinejadın sözlərinə görə, zəlzələ nəticəsində qorxudan 4 nəfər özünü binadan atıb. Onlardan biri ölüb.

 

O, həmçinin əlavə edib ki, yaralılardan 19 nəfəri kişi, 12 nəfəri isə qadın olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı