Modern.az

Şri-Lanka prezidenti bu tarixdə istefa verəcək 

Şri-Lanka prezidenti bu tarixdə istefa verəcək 

Dünya

9 İyul 2022, 21:34

Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa iyulun 13-də vəzifəsindən istefa verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin "Newswire" portalı parlamentin spikeri Mahinda Yapu Abeivardenə istinadən məlumat yayıb.

 

Prezident spikerə müvafiq qərarı barədə məlumat verib.

 

Qeyd edək ki, Şri-Lankada etirazçılar hökumət binasını yandırıblar. Onlar Rajapaksanın iqamətgahına soxulublar. 

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı