Modern.az

Ukraynaya 1.7 milyard təmənnasız qrant ayrıldı

Ukraynaya 1.7 milyard təmənnasız qrant ayrıldı

Dünya

9 İyul 2022, 23:39

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası və USAİD tərəfindən yaradılmış Vahid Donor Etimad Fondu tərəfindən Ukraynaya 1,7 milyard dollar qrant ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat yayıb.

 

O bildirib ki, vəsait Ukraynanın dövlət büdcəsinə təmənnasız, geri qaytarılmadan cəlb olunacaq.

 

Şmıqal qeyd edib ki, maliyyə tibbi zəmanət proqramı çərçivəsində tibbi xidmətlərin ödənilməsi üçün dövlət büdcəsinin xərclərinə yönəldiləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!