Modern.az

Rusiya və Çin dünyaya meydan oxuyur - Blinken

Rusiya və Çin dünyaya meydan oxuyur - Blinken

Dünya

11 İyul 2022, 23:53

ABŞ dövlət katibi Entoni Blinken dünya ölkələri arasında münasibətlərin təməl prinsiplərinə əməl etməyin vacibliyindən danışıb, Rusiya və Çinin dünya nizamına meydan oxuduğunu bildirib. 

 

Modern.az xəbər verir ki, bu barədə o, "Thai PBS" telekanalına müsahibəsində deyib.

 

Ölkələr arasında münasibətlərin müstəqillik, bir-birinin ərazi bütövlüyünə hörmət, eləcə də insan hüquqlarına hörmət kimi əsas müddəalar əsasında qurulduğunu xatırladan Blinken bildirib ki, indi bu konsepsiyalara əsaslanan nizama etiraz edilir. 

 

ABŞ dövlət katibinin sözlərinə görə, Çin hələ də beynəlxalq nizamın olmasını istəyir.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...