Modern.az

"Əl-Şəbab"a ölümcül zərbə - Terrorçular məhv edildi

Dünya

14 Avqust 2022, 21:56

Somali və ABŞ Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində "Əl-Şəbab" terrorçularına ağır zərbələr endirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

 

Zərbələr nəticəsində 13 terrorçu zərərsizləşdirilib. Əməliyyat Hiran bölgəsində keçirilib. Ölənlər arasında "Əl-Şəbab" komandirləri də var.

 

ABŞ-ın Afrika Komandanlığı əməliyyatla bağlı hələlik rəsmi məlumat yaymayıb.

 

ABŞ hərbi kontingenti 2021-ci ilin yanvarında Somalidən tamamilə çıxarılıb, lakin Komandanlıq Somali ərazisindəki hədəfləri vurmaq üçün qonşu Afrika ölkələrində yerləşən pilotsuz uçuş aparatlarından istifadə edir.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır