Modern.az

Kabildə partlayış - Əcnəbilərə atəş açıldı

Kabildə partlayış - Əcnəbilərə atəş açıldı

Dünya

12 Dekabr 2022, 15:08

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Taliban qruplaşmasından olan mənbələr məlumat verib.

 

Bildirilib ki, partlayış çinli iş adamlarının qaldığı mehmanxananın yaxınlığında baş verib. Bundan başqa, naməlum şəxslərin əcnəbilərə atəş açdığı qeyd olunub.

 

Hazırda hadisənin təfərrüatları araşdırılır. Ölən və yaralananlarla bağlı məlumat verilməyib.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?