Modern.az

Putin ilin son səfərini ləğv etdi - SƏBƏB

Putin ilin son səfərini ləğv etdi - SƏBƏB

Dünya

28 Dekabr 2022, 17:20

Rusiya prezidenti Vladimir Putin Pskov vilayətinə səfərini ləğv edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, buna səbəb hava şəraiti olub.

 

Əlverişsiz hava şəraitinə görə Putinin təyyarəsinin Sankt-Peterburqdan Pskova uçmayacağı bildirilib.

 

Rusiya prezidenti Pskovda iştirak etməli olduğu tədbirlərə onlayn formatda qoşulub.

 

Qeyd edək ki, bu, Putinin il ərzində sonuncu səfəri olacaqdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?