Modern.az

Məktəbli avtobusu qəzaya uğradı: Ölən və yaralılar var

Məktəbli avtobusu qəzaya uğradı: Ölən və yaralılar var

Dünya

5 Yanvar 2023, 10:12

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Milliyet" məlumat yayıb.

 

Hadisənin Kilis-Antep yolunda baş verdiyi bildirilib. Belə ki, şagirdləri daşıyan servis avtobusu qarşıdan gələn minik avtomobili ilə toqquşub.

 

Hadisə nəticəsində 1 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb. Onların əksəriyyəti xarici vətəndaşlar olub. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

 

Hazırda qəzanın səbəbləri araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?