Modern.az

Paşinyan Laçın yolu haqda: Ultimatum dili ilə danışmırıq

Paşinyan Laçın yolu haqda: Ultimatum dili ilə danışmırıq

Dünya

10 Yanvar 2023, 12:14

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlıları haqqında danışıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Paşinyan bu mövzuya bu gün keçirdiyi mətbuat konfransında toxunub.

 

"Ermənistan Laçın dəhlizi mövzusunda Rusiya ilə ultimatum dili ilə danışmır. Sülhməramlılar dəhlizin funksiyasını yerinə yetirməsini təmin etməlidirlər", - deyə baş nazir qeyd edib.

 

"Sputnik Armenia"nın xəbərinə görə, Paşinyan Türkiyə ilə münasibətlərdən də danışıb.

 

"İrəvan və Ankara arasında təkcə danışıqlar getməməlidir, həm də prosesin dinamikası üçün konkret addımlar atılmalıdır", - Paşinyan bildirib.

 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan öncə çıxışlarında Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə ittiham etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...