Modern.az

Türkiyə-İran sərhədində zəlzələ oldu

Türkiyə-İran sərhədində zəlzələ oldu

Dünya

17 Mart 2023, 17:40

Türkiyənin Van vilayətində zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Başkale rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 5.3 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Zəlzələ İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində də hiss olunub.

 

Ocağı yerin 3.7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!