Modern.az

Zelenski Polşaya gedir

Zelenski Polşaya gedir

Dünya

4 Aprel 2023, 21:53

Ukrayna Prezidenti Volodimir Zelenski sabah Polşaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Amerikanın səsi" məlumat yayıb.

 

O, aprelin 5-də Varşavanın mərkəzində çıxış edəcək.

 

"Bu, mühüm və çox zəngin səfərdir. Bu, çox mühüm jest, polyaklar və ukraynalılar arasında qardaşlığın simvolik təsdiqidir", - Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina bildirib.

 

Zelenskinin və həyat yoldaşının Polşa prezidenti Anjey Duda və baş nazir Mateuş Moravyeçki, habelə ukraynalı qaçqınlarla da görüşəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada