Modern.az

Roma Papasından iki həftəlik atəşkəs təklifi

Roma Papasından iki həftəlik atəşkəs təklifi

Dünya

7 Aprel 2023, 13:17

Roma Papası Fransisk Pasxa bayramı münasibətilə aprelin 9-dan Ukraynada iki həftəlik atəşkəs rejiminin tətbiq olunmasını təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Staroverlər İttifaqının sədri Leonid Sevastyanov pontifiklə şəxsi söhbətinə istinadən məlumat verib.

 

"Gələn həftə katoliklərin, sonra isə pravoslavların Pasxa bayramıdır. Roma Papası Ukraynada hərbi əməliyyatların iki həftəlik dayandırılmasını istəyir”, - deyə Sevastyanov bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada