Modern.az

Taxıl sazişinə əməl olunmur - Lavrov

Taxıl sazişinə əməl olunmur - Lavrov

Dünya

7 Aprel 2023, 13:39

"Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina etmir, lakin bu, yalnız Rusiyanın maraqları nəzərə alınmaqla baş tuta bilər".

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

 

Nazir çıxışında taxıl müqaviləsindən də danışıb. Onun sözlərinə görə, sazişlərin Rusiya ilə bağlı hissəsi yerinə yetirilmir və sazişin həyata keçirilməsinə maneələr qalır. 

 

"Hətta daha da sərtləşir. Lazım gəlsə, Rusiya taxıl sövdələşməsindən kənar taxıl ixracı üzərində işləyəcək. Qətər və Türkiyə vasitəsilə. Məsələ onlarla müzakirə olunub, onlar buna hazırdırlar”, - Rusiya XİN başçısı bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada