Modern.az

Peskov Makrondan, Belarus və Blinkenin açıqlamasından DANIŞDI

Peskov Makrondan, Belarus və Blinkenin açıqlamasından DANIŞDI

Dünya

7 Aprel 2023, 14:00

"Rusiya Federasiyasının hərbçiləri bütün məlumatları, o cümlədən Blinkenin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum planları haqqında bəyanatını izləyir və nəzərə alır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Belarusla ittifaq dövlətinin təhlükəsizlik konsepsiyası ən qısa zamanda hazırlanacaq. Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi planları Rusiyanın nüvə doktrinasına yenidən baxılmasını tələb etməyəcək. Kreml Si Tsinpin və Makron arasında danışıqlara dair xəbərləri izləyir, bu mühüm təmasdır. Şübhə edirəm ki, dünyanın nüvə silahından tam imtina ilə bağlı ümumi konsensus potensialı var", - o qeyd edib.

 

Peskov Makronun Çinə səfərini şərh edərkən Pekinin xarici təsir altında mövqeyini dəyişmədiyinə əminliyini ifadə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada