Modern.az

Polşada Ukrayna tanklarının təmirinə başlanıldı

Polşada Ukrayna tanklarının təmirinə başlanıldı

Dünya

7 Aprel 2023, 22:38

Polşada Ukraynaya məxsus T-64 tanklarının təmirinə başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın "Polska Grupa Zbrojeniowa" (PGZ) silah şirkəti məlumat yayıb.

 

Təmir mərkəzi PGZ və Ukraynanın "Ukroboronprom" şirkətləri arasında bağlanmış müqavilə çərçivəsində açılıb. Mərkəzdə T-64 tanklarının təmiri, texniki xidməti, döyüş qabiliyyətinin saxlanması və bərpası həyata keçirilir.

 

Mərkəzdə gələcəkdə T-72 və PT-91 tanklarına da texniki xidmət göstəriləcəyi bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi