Türkiyəli məşhur jurnalist İsmail Saymaz çalışdığı "Halk TV" ilə yollarını ayırıb.
Modern.az xəbər verir ki, jurnalist bu barədə tviter səhifəsində yazıb.
"Halk TV" ilə yollarımız ayrıldı. Təxminən 20 aydır çiyin-çiyinə çalışdığım "Halk TV" əməkçilərinə və sevgili izləyicilərimizə çox təşəkkür edirəm. Haqqınızı halal edin", - deyə Saymaz qeyd edib.
O, işdən ayrılmasının səbəbini açıqlamayıb.