Modern.az

Fransa ABŞ-ın “vassalı” deyil - Makrondan sərt sözlər

Fransa ABŞ-ın “vassalı” deyil - Makrondan sərt sözlər

Dünya

12 Aprel 2023, 22:50

Fransa Tayvan məsələsində ABŞ-ın “vassalı” deyil, tərəfdaşıdır.

 

Modern.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Amsterdamda keçirilən mətbuat konfransında deyib.

 

"Müttəfiq olmaq vassal olmaq demək deyil... və bu, o demək deyil ki, bizim artıq müstəqil düşünmək hüququmuz yoxdur. Fransa Tayvanda mövcud status-kvonu, vahid Çin siyasətini və münaqişənin sülh yolu ilə həlli axtarışlarını dəstəkləyir", - Makron qeyd edib.

 

Xatırladaq ki, Fransa Prezidenti Çinə səfərdən qayıtdıqdan sonra Avropanın Tayvan məsələsində ABŞ-dan asılılığını azaltmalı olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada