Modern.az

Ukrayna üçün 200 milyon dollar ayrıldı

Ukrayna üçün 200 milyon dollar ayrıldı

Dünya

12 Aprel 2023, 23:28

Dünya Bankı Ukraynada enerji infrastrukturunun bərpası üçün 200 milyon dollar qrant ayırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bankın saytında məlumat yayılıb.

 

Bildirilib ki, qrantın məbləği Kiyevin tərəfdaşlarının töhfələri hesabına 300 milyon dollara qədər arta bilər. “Layihə kritik avadanlıqların təcili alınması yolu ilə elektrik enerjisinin ötürülməsi və istilik infrastrukturunun təcili təmirinə dəstək verəcək", - Dünya Bankının açıqlamasında deyilir.

 

Təşkilatın yaydığı məlumatda qeyd olunub ki, Ukraynada enerji infrastrukturunun 50%-dən çoxu payız-qış aylarında zədələnib və bu, son nəticədə bütün ölkədə elektrik enerjisinin verilişində ciddi fasilələrə, ərzaq, istilik və su çatışmazlığına gətirib çıxarıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada