Modern.az

Ukrayna Belarusdakı səfirini geri ÇAĞIRIR

Ukrayna Belarusdakı səfirini geri ÇAĞIRIR

Dünya

19 Aprel 2023, 07:57

Ukrayna Xarici İşlər Nazirliyi ölkəsinin Belarusdakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlik bir gün əvvəl Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə separatçı “Donetsk Xalq Respublikası”nın rəhbəri vəzifəsini icra edən Denis Puşilin arasında keçirilən görüşə etiraz bildirib.

 

Ukrayna Xarici İşlər Nazirliyi görüşü “açıq-aşkar qeyri-dost hərəkət” adlandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada